15 yaşlı qızların abort olunma faktları var – milli fəlakət…
2023-cü ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2596 abort qeydə alınıb. 2023-cü ildə ümumilikdə 73,816 abort qeydə alınıb. Abort etdirənlərdən 68-i 15-17 yaş aralığında, 2528-i isə 18-19 yaş aralığında olub.
Qeyd edək ki, 2022-ci ildə abortların sayı ümumilikdə 57.999 olub. Onlardan 2080-i 15-19 yaş aralığında olub. Bu da onu göstərir ki, sözügedən yaş kateqoriyası üzrə abortların sayında kəskin artım var. Xüsusilə də azyaşlılar, yetkinlik yaşına çatmayanlar arasında abortun çoxaldığı müşahidə edilir.
Kəmalə Ağazadə: “Problemlərin həllini tapmaq istəyiriksə, birinci təhsilimizə önəm verməliyik, bu zaman süni doğuşların, arzuolunmaz hamiləliklərin sayı artmayacaq”
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirdi ki, məişət zəminində şiddətin, mübahisələrin olması qızların erkən evliliyinə gətirib çıxaran səbəbləridir: “Belə deyək, cəmiyyətdə də belə bir fikir formalaşıb ki, nə etsin, başını götürüb gedib də. Bax, bu “başını götürüb getməyin” arxasında təhsildən yayınmalar var. Regionlardan daha çox məlumatlar daxil olur ki, yuxarı siniflərdə təhsildən yayınma halları olur və bu, daha çox ailələrdən gəlir. Problemlərin həllini tapmaq istəyiriksə, birinci təhsilimizə önəm verməliyik. Bu zaman süni doğuşların, arzuolunmaz hamiləliklərin sayı artmayacaq”.
Pərvanə Mustafayeva: “Abort qadın üçün çox təhlükəlidir, erkən yaşda baş verdikdə isə bu təhlükə 2 dəfə artır”
Həkim ekspert Pərvanə Mustafayevanın sözlərinə görə, qızların erkən yaşda abort etdirməsi olduqca təhlükəlidir: “15 yaşlı qızla 30 yaşlı qadının etdiyi abort arasında fərq ondan ibarətdir ki, erkən yaşda orqanizm tam yetişməmiş olur. Hormonal balans tam qurulmayıb. Hamilə qalmaq hələ hormonal balansın yetişməsi demək deyil. Ona görə də erkən abort etdirən qızlarda sonradan çox ciddi endrokrinoloji xəstəliklər baş verir. Ümumiyyətlə, abort qadın üçün çox təhlükəlidir. Erkən yaşda baş verdikdə isə bu təhlükə 2 dəfə artır. Abortlar zamanı infeksion yoluxma və qanaxma baş verə bilər. Abortarın ən böyük təhlükəsi sonsuzluğa səbəb olmasıdır. 15-17 yaşda abortlar da gələcəkdə hamiləliyə problem yarada bilər. Abort zamanı uşaqlıq boynunun zədələnməsi gələcəkdə düşüklərə gətirib çıxara bilər”.
Fatimə Hacıbəyli: “Erkən yaşda cinsi əlaqədə olan qız uşaqlarının ehtiyatsızlıqdan, qorunmamağının və yaxud aldadılması nəticəsində…”