• 24 Noyabr 2024 18:00

Az əvvəl açıqlandı: Rövşən İskəndərov saxlanıldı

 

“Gürcü Arzusu” partiyasından Marneuli bələdiyyə üzvü, 69 saylı seçki məntəqəsində bülletenləri seçki qutusuna atan şəxs saxlanılıb.

 

Tacxeber.com News24.az-a istinadən xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının siyasi şurasının üzvü, Parlamentin sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə bildirib.

 

Şalva Papuaşvilinin bildirdiyinə görə, hadisə ilə bağlı istintaq aparılır.

 

“Cəmi bir neçə hadisə qeydə alınıb və hər birinə cavab verilib. Bu arada, bir şeyi də demək lazımdır ki, səsvermənin təkrar edilməsinə dair ittihamlarla bağlı dünən ATƏT/ODİR-in rəhbərinə sual verildi və o, bir faktı göstərdi – Marneulidəki hadisəsi. Həmin şəxs saxlanılıb və iş üzrə istintaq gedir.

 

İkinci fakt var idi, bu da maraqlıdır, həmin məsələ ilə bağlı qeyri-hökumət təşkilatlarından biri şikayət də yazıb və bu, ‘Lelo’ partiyasının nümayəndəsinə aiddir. Bilmirəm, nə qədər doğrudur, amma ‘Lelo’nun nümayəndəsi olub ki, bülletenləri qutuya atmağa çalışıb. Yəni əgər insident olubsa, hamısına cavab verilib. Şikayətlər verilib və onların hamısı araşdırılacaq, amma bu yalanların hamısına cavab veriləcək”, – deyə o, qeyd edib.

 

Xatırladaq ki, Marneuli Bələdiyyə Məclisinin sədr müavini Rovşan İskəndərovun bir neçə bülleteni Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində seçki qutusuna atdığı anı əks etdirən video sosial şəbəkədə yayılmışdı.

 

Qeyd edək ki, Rövşən İskəndərovun saxlanılması ilə bağlı DİN açıqlama verməyib.

Tacxeber.com

Oxşar xəbərlər