Sükan arxasında səhlənkarlıq edən “BakuBus” sürücüsü CƏZALANDIRILDI – VİDEO
Ötən gün “BakuBus” MMC-nin istismarında olan “Airport express” xətti üzrə hərəkət edən avtobusun sürücüsünün sükan arxasında mobil telefondan istifadə etməsi ilə bağlı videogörüntü yayılıb.
Tacxeber.com xəbər verir ki, “BakuBus”ın mətbuat katibi Əsmər Əliyeva oxu.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı dərhal araşdırma aparılıb və fakt təsdiqini tapıb.
“Daxili araşdırma nəticəsində sürücü Ramil Qurban oğlu Qurbanova nizam-intizam qaydalarına uyğun olaraq, inzibati tənbeh verilib.
Sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək bizim əsas prioritetimizdir.