• 25 Noyabr 2024 14:58

Hizbullahın yeni lideri o oldu – Dosye

Ötən ay İsrail ordusu tərəfindən öldürülən Hizbullah lideri Həsən Nəsrullahın yerinə yeni rəhbər gətirilib.

 

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, Hizbullahın yaydığı məlumata görə, H.Nəsrullahın postu onun müavini Naim Qasıma tapşırılıb.

 

Nəsrullahın varisi kimi adı hallanmağa başlayan Haşim Seyfəddinin Hizbullahın yeni lideri olacağı gözlənilirdi, lakin o da İsrailin hücumu nəticəsində öldürülüb.

 

Həsən Nəsrullahın qətlindən sonra Hizbullah adından verilən açıqlamalarda kameralar qarşısına keçən ad Şeyx Nəim Qasım olub.

 

Qeyd edək ki, Hizbullahın yeni lideri Naim 1953-cü ilin noyabrında Kfar Filada şiə ailəsində anadan olub. Naim Qasım evlidir və 6 övladı var. O, feysbuk, yutub və s. sosial media hesablarını idarə edir. O, ilahiyyat üzrə təhsil alıb və onun müəllimi Ayətullah Məhəmməd Hüseyn Fədlallah Livan Universitetində kimya üzrə bakalavr dərəcəsi alıb. Naim Qasım 1970-ci illərdə yaradılmış Livan müsəlman tələbə birliyinin yaradıcılarından biri olub. Musa əs-Sədrin rəhbərlik etdiyi Əməl hərəkatına qoşulub. Qasım 1974-1988-ci illərdə İslam dini təhsili dərnəyinin prezidenti olub. O, həm də əl-Mustafa məktəblərində məsləhətçi kimi fəaliyyət göstərmişdir. Qasım Hizbullahın quruculuq fəaliyyətlərində iştirak edib və 1991-ci ildə qrupun baş katibinin müavini olub.

Tacxeber.com

Oxşar xəbərlər