• 25 Noyabr 2024 07:55

Əli Əhmədov atalar məsələni elə formada dedi ki…

“Qiymət və keyfiyyət bir-birilə bağlıdır. Qiymət keyfiyyətə nəzarətin fəaliyyətlərindən biridir”.

 

Tacxeber.com xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna dəyişiklik olunmasına münasibət bildirərkən deyib.

 

“Təbii ki, bu bazar iqtisadiyyatına zidd deyil. Ucuz mala şübhəli münasibət formalaşıb. Orta qəbul edilmiş qiymətdən aşağı olan malı alan olmur. Hər bir malın hazırlanması, onun texnologiyalara uyğun şəkildə istehsal olunması üçün müəyyən qədər xərclər çəkilməlidir.

 

“Çünki məhsulun ərsəyə gəlməsi üçün müəyyən xərc çəkilməlidir. Bu xərcdən ucuza başa gələn malda hansısa problem olduğunu bilirlər. Azərbaycanda da bu situasiyaya uyğun “ucuz məhsulun keyfiyyətli yeməyi olmur” (Yəqin Əli Əhmədov “ucuz ətin şorbası olmaz” məsəlini nəzərdə tutub – red.) məsəli boşuna yaranmayıb”.

Tacxeber.com

Oxşar xəbərlər