Atatürklə bağlı film Avropada QADAĞAN OLUNDU – Erməni təxribatı?
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün uşaqlığından bəhs edən cizgi filminin nümayişinə iki gün qalmış Avropa kinoteatrları heç bir üzrlü səbəb olmadan onu nümayiş etdirməkdən imtina ediblər.
Tacxeber.com publika.az-a istinadən xəbər verir ki, filmin rejissoru Kamuran Aina Türkiyənin “Cumhuriyyet” qəzetinə müsahibəsində iddia edib ki, buna səbəb erməni lobbisidir.
Rejissorun bildirib ki, Avropada güclü mövqeyə malik olan erməni lobbisi cizgi filminin nümayişinə qadağa qoyulmasına nail olub.