• 24 Noyabr 2024 10:12

İcra Hakimiyyəti “8-ci km bazarı”nın sökülməsinə rəy bildirdi

 

Nizami Rayon İcra Hakimiyyəti “8-ci km bazarı”nın sökülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

 

Tacxeber.com apa-ya istinadla xəbər verir ki, “8-ci km bazarı” ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

 

Nəzərə çatdırılıb ki, qanunsuz quraşdırılmış, şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadlıq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur:

 

“Qeyd edək ki, bir ay öncə Naxçıvanski küçəsi boyunca qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə xəbərdarlıq edilmişdir”.

Tacxeber.com

Oxşar xəbərlər