• 23 Noyabr 2024 18:44

Canlı yayımda gərginlik – Partiya sədri deputatı aşağıladı: “Sən mənim “ranq”ımda deyilsən”

 

MHP sədri Dövlət Baxçalının ötən həftə partiyasının qrup toplantısında PKK terror təşkilatı lideri Abdullah Öcalanla bağlı “Gəlsin parlamentdə çıxış eləsin, terrorun bitdiyini elan etdin” sözləri qardaş ölkə siyasətində gündəm yaradıb.

 

Tacxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, məsələyə Zəfər partiyasının lideri Ümit Özdağ da sərt reaksiya vcerib.

 

O, Baxçalını da, onun bu çağırışına dolayı dəstək verən CHP və onun liderini də canlı yayımda “topa tutub”.

 

Məlumata görə, ona cavab verməküçün CHP-nin Ankaradan deputatı Umut Akdoğanın canlı yayıma qoşulmaq istəyib. Aparıcını bu barədə anonsu Özdağı qəzəbləndirib.

 

O, elə canlı yayımda deyib ki, deputat onun səviyyəsində deyil: “Mənim “ranq”ımda olan CHP sədir Özgür Özəldir. Yalnız onunla üz-üzə gələ bilərəm. Buradan canlı yayımda onu debata dəvət edirəm, gəl, üz-üzə cavab ver!”.

 

Xəbərə görə, aparıcı etiraza baxmayaraq, deputatı efirə qoşmaq istəyib. Bunu görən “Zəfər” lideri verilişi tərk edib.

Tacxeber.com

Oxşar xəbərlər