“TikTok”un sahibinin sərvəti açıqlandı, lider oldu
“ByteDance” şirkətinə məxsus olan video paylaşma platforması “TikTok”un qurucusu (Çində “Douyin”) Zhanq Yiminq (Canq) Çinin ən varlı adamları siyahısında birinci yerə yüksəlib.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Hurun Araşdırma İnstitutu məlumat yayıb.
Məlumata görə, Canqın şirkətinin qlobal gəlirləri ötən il 30% artıb və 49.3 milyard dollarlıq sərvəti ilə lider olub. Bundan əvvəl Çinin ən varlı adamı olan Conq Şanşan isə ikinci yerə düşüb.
C.Yiminqin platforması ABŞ-nin qadağa və sanksiyalarına rəğmən rəqabətdə qalib gəlməyi bacarıb.
2021-ci ildə şirkətin idarəçiliyini təhvil verməsinə baxmayaraq hələ də əhəmiyyətli bir paya sahib olan Canqın şəxsi sərvəti də son bir ildə 43% artıb.
Qeyd edək ki, əvvəlki illərdə ABŞ Konqresi “ByteDance”ın Çin hökuməti il əlaqələri olduğunu əsas gətirərək “TikTok” idarəçiliyinin başqa şəxslərə təhvil verilməsi və qadağan edilməsi barədə qərarlar qəbul edib.