Banan çayının inanılmaz təsiri
Banan yüksək kalium tərkibi ilə ən faydalı meyvələrdən biridir. Ancaq onun qabığı da ən az özü qədər şəfalı məhsul hesab edilir.
Tacxeber.com xəbər verir ki, banan qabığının dəmlənməsi ilə əldə edilən çayın bir çox faydası olduğu bildirilir.
Banan qabığı çayının ürək sağlamlığından tutmuş yuxu keyfiyyətinə qədər çoxsaylı faydaları var.
Banan vitamin B6, kalium, maqnezium, manqan və mis ilə zəngindir. Banan çayı ürək sağlamlığı və yuxu keyfiyyəti üçün vacib olan kalium və maqnezium minerallarının əla mənbəyi hesab edilir.
O, həmçinin sağlam immunitet sistemini və qırmızı qan hüceyrələrinin inkişafını dəstəkləməyə kömək edən B6 vitamini ehtiva edir.
Banan sərbəst radikallarla mübarizə aparmağa və ürək xəstəliyi kimi xroniki xəstəliklərin qarşısını almağa kömək edə bilən dopamin və qallokateşin kimi suda həll olunan antioksidantlarla zəngindir. Hətta onun qabığı özündən qat-qat yüksək antioksidantlara malikdir.
Banan çayı maye balansını, sağlam qan təzyiqini və əzələ daralmalarını tənzimləyir. Buna tərkibindəki kalium sayəsində nail olur. Kalium, hüceyrələrdəki maye tarazlığını tənzimləmək üçün başqa bir mineral və elektrolit olan natrium ilə “əməkdaşlıq edir”.
Banan çayı ödemi və şişkinliyi aradan qaldırır.
Banan qabığı maqnezium və kalium mənbəyi olduğu üçün əzələləri rahatlaşdırır, yuxu keyfiyyətini və uzunluğunu artırır.
Banan çayı içməklə, həmçinin yuxuya səbəb olan hormonlar serotonin və melatoninin istehsalı üçün vacib olan amin turşusunu – triptofanı təmin etmiş olursunuz.
Banan çayı ürək xəstəliyi riskini azaldır.