• 24 Noyabr 2024 13:32

Erməni jurnalistdən Azərbaycan çayı ilə bağlı paylaşım

 

Erməni jurnalist Natali Aleksanyan öz Feysbuk hesabında Azərbaycan çayı ilə bağlı paylaşım edib.

 

Tacxeber.com Globalinfo.az-a istinadla xəbər verir ki, jurnalist əsəbi olduğunu və sakitləşmək üçün Azərbaycan çayı içdiyini bildirib:

 

“Bu gün Qarabağdan olan ermənilər məni çox əsəbiləşdirdi. Bəs mənə nə kömək edər? Əlbəttə ki, Azərbaycan çayı”.

 

Qeyd edək ki, Natali Aleksanyan Azərbaycanla Ermənistan arasında sülh çağırışları etməsi ilə tanınır.

Tacxeber.com

Oxşar xəbərlər