• 01 Noyabr 2024 20:38

Avropa İttifaqı Rusiya ilə savaşa hazırlaşır: sakinlərə qida və su ehtiyatı yığmaq tövsiyə olundu…

Avropa İttifaqına üzv ölkələrin sakinlərinə müharibə və ya digər böyük fövqəladə hallar zamanı ərzaq və zəruri əşyalar yığmaq tapşırılıb.

 

Amerikanın “Newsweek” nəşrinin yaydığı məlumata görə, müvafiq tövsiyə Avropa Komissiyası prezidentinin müşaviri, Finlandiyanın keçmiş prezidenti Sauli Niinistjo tərəfindən yazılan Avropanın mülki və hərbi hazırlığı üzrə hesabatda qeyd olunub.

 

Qeyd edildiyi kimi, Aİ “COVID-19” pandemiyasına və Rusiyanın Ukraynaya qarşı müharibəsinə hazır deyildi və buna görə də “reaksiyadan fəal hazırlığa” keçmək qərara alınıb. Buna görə də ev təsərrüfatlarına fövqəladə hallar zamanı ən azı 72 saat özünü təmin etməyə hazır olmaları tövsiyə edilib.

 

Sənəd İttifaqa üzv dövlətlərə “vətəndaşlarına ehtiyat toplama, evakuasiya və fövqəladə hallar xidmətlərinə çıxışla bağlı təlimat verməyi” tövsiyə edib.

 

Söhbət tez xarab olmayan qida, su, dərman, fənərlər, batareyalar və portativ radiodan gedir. Əsas təhlükə Rusiyanın mümkün təcavüzü göstərilir.

 

“Bizim Avropa İttifaqının üzv dövlətə qarşı silahlı təcavüz olacağı təqdirdə nə edəcəyi ilə bağlı dəqiq planımız yoxdur. Rusiyanın Avropa təhlükəsizliyi üçün yaratdığı müharibə təhlükəsi bizi digər ciddi təhdidlərə hazırlaşmaq üzrə işlərə xələl gətirmədən buna hazırlığımızın mühüm elementi kimi baxmağa məcbur edir”, – hesabatda qeyd olunur.

 

Niinistyo bildirib ki, hərtərəfli hazırlıq strategiyasının əsası vətəndaşların səlahiyyətlərinin artırılması olmalıdır.

 

Xüsusilə, Aİ əhali arasında özünütəminat strategiyasını maarifləndirməli və təşviq etməlidir. Siyasətçi həmçinin təhlükəsizliyi gücləndirmək və böhranlara cavab vermək üçün Aİ büdcəsini 20% artırmağı tövsiyə edib. Digər məsələlər arasında üzv ölkələrin bir-biri ilə kəşfiyyat məlumatlarının mübadiləsinin artırılması da tövsiyə olunub… (Moderator.az)

Tacxeber.com

Oxşar xəbərlər