• 23 Noyabr 2024 22:25

Seçki saxtakarlığı: Rövşən İsgəndərov və Əkbər İsgəndərov həbs olundular

Seçki saxtakarlığı: Rövşən İsgəndərov və Əkbər İsgəndərov həbs olundular

Bu gün Gürcüstanda Marneuli şəhər məhkəməsi yerli şəhər məclisinin sədr müavini Rövşən İsgəndərov və Əkbər İsgəndərovun həbsi barədə qərar qəbul edib.

 

Tacxeber.com xəbər verir ki, onlar bir neçə bülleteni qutuya atdıqlarına görə həbs ediliblər.

 

Xatırladaq ki, bülletenlərin topa halında atılması Gürcüstan telekanallarının kamerasına düşüb.

 

Həmin faktdan sonra ərazidəki 69 saylı seçki məntəqəsində səsvermə prosesi dayandırılıb və səsvermənin nəticələri ləğv edilib.

 

Təqsirləndirilən şəxslərin müdafiəsinin nümayəndələri jurnalistlərə bildiriblər ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək, çünki söhbət saxtakarlıqdan yox, prosessual pozuntulardan gedir.

 

Oktyabrın 26-da keçirilən seçkilərdə bu faktla bağlı məlumat ortaya çıxandan sonra hakim “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə təklif edib ki, ictimai postda olan İsgəndərov hakim partiyanı ləkələmək üçün müxalifət nümayəndələriindən rüşvət ala bilərdi.

Tacxeber.com

Oxşar xəbərlər