İstilik batareyalarının üzərinə limon qabığı qoysanız…
Sınaqdan keçirmək olar…
Havalar soyuyan kimi bir çoxların evində kombi və istilik sistemləri işə düşür. Həmin sistemlər isə evdəki nəmliyin azalmasına səbəb olur. Çox vaxt havadakı quruluğun qarşısını almaq üçün istilik batareyalarının yanına su qoyuruq. Lakin bilmədiyiniz bir üsul da var. Bu, limon qabıqlarıdır.
Belə ki, istilik batareyalarının üzərinə limon, portağal və ya mandarin qabığı qoymaq olar. Bu, evdəki qoxunun gözəlləşməsinə səbəb olacaq. Eyni zaman təravətli qoxu yayıldığı üçün günün yorğunluğunu və stressi aparacaq.