• 02 Noyabr 2024 18:24

Erməni bloqerdən ETİRAF: “Mina terrorunun günahkarları İrəvandadır” – EKSKLÜZİV

“Kazandakı BRİCS sammiti göstərdi ki, regionumuz ətrafında reallıqlar dəyişib və əvvəllər heç kimin proqnozlaşdıra bilmədiyi imkanlar yaranıb. Sammit bir çox proseslərin inkişafı üçün bir növ katalizator rolunu oynadı və görünür, sülh prosesi də bu siyahıdadır”.

 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında tanınmış erməni jurnalist, sülh fəalı Natali Aleksanyan deyib.

 

Bakının yaxın günlərdə keçiriləcək COP29-a Paşinyanın da qatılması gözlənilir ki, Aleksanyan bunu sülh üçün mühüm addım hesab edir:

 

“Mən çox istərdim ki, Ermənistan lideri COP29-da iştirak etsin. Əminəm ki, COP29 Qlobal İqlim Konfransının regionun qabaqcıl inkişafının müzakirəsində platformaya çevrilmək üçün hər cür şansı var. Mən konfransın Ermənistanın iştirakı olmadan keçirilməsini istəməzdim. Bununla belə, görünür, baş nazir Paşinyanın Bakıya səfərinə mane ola biləcək bəzi aktual ikitərəfli məsələlər hələ də var, ona görə də nümayəndə heyətinin tərkibi ilə bağlı qərarı hökumət özü verəcək”.

 

Aleksanyan Paşinyanın COP29-da iştirakını gələcək əlaqələr üçün mühüm komponent hesab edir:

 

“Konfrans çərçivəsində sülh müqaviləsi imzalanmaya bilər, lakin mən əminəm ki, COP29-dan sonra gələcək yolumuz – sülh, hörmət və qarşılıqlı fayda yolu bizə aydın olacaq.

 

Bundan əlavə, yenidən gündəmə gələn mina sahəsi xəritələri mövzusuna münasibət bildirmək istərdim. Həll olunmamış problemlər kontekstində qeyd etdiyim hallardan biri də mina sahələridir. Bilirəm ki, bu minalanmış ərazilər bu günə qədər insanları öldürməkdə davam edir və inanıram ki, buna son qoyulmalıdır”, – deyə N.Aleksanyan bildirib.

 

“Azərbaycan Ermənistandan hərbi cinayətkarların ekstradisiyasını tələb etsə, yaxşı olar”

 

Erməni jurnalist əlavə edib ki, Ermənistan rəhbərliyinin COP29-da iştirakı həm Bakının, həm də İrəvanın maraqları üçün vacib nailiyyətlərlə yadda qala bilər:

 

“Mina terroru davam edir. Bunu edən adamlar İrəvandadırlar. Hesab edirəm ki, COP29-da tərəflər arasında qarşılıqlı fəaliyyət çərçivəsində Azərbaycan tərəfi cinayətdə şübhəli bildiyi şəxslərin ekstradisiyasını rəsmi şəkildə tələb etsə, yaxşı olardı. Ermənistan belə bir bəyanata uyğun addımlar atmağı düşünə bilər”, – deyə erməni jurnalist əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər