• 02 Noyabr 2024 20:36

Aktyor yağ oğurladığı üçün tutuldu

 

Bir çox seriallarda tarixi obrazları canlandıran türkiyəli aktyor Ümid Gündəş oğurluq etdiyi üçün tutulub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.

 

Bildirilir ki, aktyor İstanbulun Bəylikdüzündə bir marketdən 15 min lirə dəyərində zeytun yağı oğurlayıb.

 

Bəylikdüzü polisi kamera qeydlərindən şübhəlinin Ümid Gündəş olduğunu müəyyən edib.

 

Ovçular (Avcılar) bölgəsində yaşadığı deyilən Gündəş gizləndiyi ünvanda polis tərəfindən yaxalanıb.

 

Qeyd edək ki, Gündəşin ən son “Quruluş Osman” serialında rol alıb.

Tacxeber.com

Oxşar xəbərlər