• 24 Noyabr 2024 01:25

Türkiyə qadın şəklini çəkən rusiyalını deportasiya etdi

 

Türkiyə şəxsi toxunulmazlıq hüququnu pozan Rusiya vətəndaşını deportasiya edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiyanın İstanbuldakı Baş Konsulluğu məlumat verib.

 

“Sentyabrın əvvəlində şəxsi həyatın toxunulmazlığını pozmaqda ittiham olunan Rusiya vətəndaşının saxlanılması və həbsi barədə məlumat daxil olandan bu məsələ Baş Konsulluğun nəzarətindədir. Məhkəmənin qərarına əsasən, Rusiya vətəndaşı Türkiyədən inzibati qaydada deportasiya edilib”, – məlumatda qeyd olunub.

 

Bildirilib ki, o, noyabrın 2-də Türkiyəni tərk edərək Rusiyaya qayıdıb.

 

Məlumata görə, Rusiya vətəndaşı İstanbulda ictimai nəqliyyatda qapalı geyimli qadının fotolarını çəkdiyi üçün saxlanılmışdı. Onun hərəkətləri şəxsi həyatın toxunulmazlığının pozulması kimi qiymətləndirilib.

Tacxeber.com

Oxşar xəbərlər