• 25 Noyabr 2024 04:43

Netanyahu sərhədə gəldi: Baxın, məhv edirik!

 

Razılaşma olsa da, olmasa da, şimaldakı sakinlərimizi təhlükəsiz şəkildə evlərinə qaytarmağın açarı Hizbullahı Litani çayının o tayından uzaqlaşdırmaqdır.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu Livanla sərhədə səfəri zamanı deyib.

 

Netanyahu bildirib ki, İsrail ordusu Hizbullahın yenidən silahlanma cəhdlərinin qarşısını alacaq:

 

“Hizbullahın İrandan Suriya vasitəsilə gələn hərbi təchizat kanalı kəsilməlidir”.

 

Arxa planda Livanın cənubunda ÇAXAL tərəfindən vurulan Hizbullah hədəflərini göstərən Netanyahu meydan oxuyub:

 

“Siz reallığın necə dəyişdiyini görür və eşidirsiniz – yuxarıda təyyarələr və aşağıda, yerdə qəhrəman döyüşçülər Hizbullahın Qalileyanı işğal etmək üçün hazırladığı yeraltı terror infrastrukturunu məhv edir”.

Tacxeber.com

Oxşar xəbərlər