Tehrandan İsrailə həm təklif, həm də təhdid: Qəbul etsə…
“Biz heç vaxt müharibəyə başlayan tərəf olmamışıq və heç bir ölkəyə müharibə tövsiyə etməmişik. Müharibələri hər zaman başlayan ABŞ olub”.
Tacxeber.com xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.
O əlavə edib ki, bu gün Yaxın Şərqdə İsraili dəstəkləməklə müharibəni də alovlandıran ABŞ-dir.
ABŞ və Avropa ölkələrinin regiondakı böhranla bağlı ikiüzlü rəftarlarını tənqid edən Pezeşkiyan deyib ki, sionist rejim ABŞ və Qərb ölkələrinin dəstəyi ilə böhranı və müharibəni gücləndirməyi hədəfləyir.