Zelenski: Kurskda 11 min Şimali Koreya əsgəri var
Rusiyanın Kursk vilayətində Şimali Koreyadan olan 11 min hərbçi var.
Tacxeber.com “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna kəşfiyyatının məlumatlarına istinadən bəyan edib.
“Bu gün Rusiya ərazisində Şimali Koreya ordusu ilə bağlı Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidmətindən ayrıca hesabat da var idi. Kursk bölgəsində artıq 11 min. Biz Şimali Koreyalıların sayının artdığını görürük və tərəfdaşlarımızın reaksiyasında artım görmürük”, – Zelenski qeyd edib.