• 05 Noyabr 2024 18:56

Kosmetik məhsulların tərkibində çox riskli maddələr tapıldı

Zərərli kimyəvi maddələr haqqında məlumat toplayan qeyri-kommersiya təşkilatı “Chemforward” bir sıra kosmetik məhsulların tərkibini araşdırıb.

 

Tacxeber.com “The Guardian”a istinadla xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, gözəllik və fərdi qulluq vasitələri məhsullarının tərkibindəki 318 min inqridiyentin təxminən üçdə biri ictimaiyyətə açıqlanan toksikoloji profillərə malik deyil.

 

Hərtərəfli təhlil nəticəsində məlum olub ki, bu məhsullarda sağlamlıq üçün çox riskli olan 45 kimyəvi maddədən geniş şəkildə istifadə edilib.

 

“Chemforward”ın yoxladığı 8500 məhsulda hormonların pozulması, xərçəng, ağciyər qıcıqlanması və digər sağlamlıq problemləri ilə əlaqəli kimyəvi maddələr tapılıb.

 

Tapılan zərərli maddələrin sayının 318 minlə müqayisədə qat-qat aşağı olması vəziyyətin bədbin olmadığını deməyə əsas verir.

 

Hesabatda qeyd edilib ki, təhlükəli hesab edilən məhsullara ən çox əlavə edilən inqrediyentlər arasında siklopentasiloksan, qırmızı 30 (makiyaj, dəriyə qulluq və qida məhsullarına rəng qatmaq üçün istifadə edilən sintetik piqment) və butilləşdirilmiş hidroksitoluen var.

Tacxeber.com

Oxşar xəbərlər