“Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmirik” – Lavrov
Rusiya tərəfi Ermənistan və Azərbaycanı tələsik sülh sazişi imzalamağa sövq etmir.
Tacxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib.
“Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində əldə edilmiş əhəmiyyətli irəliləyişi alqışlayırıq. Qərbin saxta vasitəçilərindən fərqli olaraq, tərəfdaşlarımızı tələsik sülh sazişi imzalamağa sövq etmirik”, – S.Lavrov bildirib.