• 06 Noyabr 2024 05:50

Bayrağımıza qarşı hörmətsizlik edən “YeloBank”ın rəhbər heyəti KİMLƏRDİR? – FOTO

Bayrağımıza qarşı hörmətsizlik edən "YeloBank"ın rəhbər heyəti

Bu gün səhər “YeloBank”ın binasının qarşısında Azərbaycan Respublikasının Dövlət bayrağı binanın önündən aşağı doğru asılıb və hətta yerlə sürüklənir.

 

Bəs Azərbaycan bayrağının yerə doğru asılaraq sürükləndiyi fotosu ilə gündəmə gələn “YeloBank”ın rəhbər heyəti kimlərdir?

 

 “YeloBank”ın hazırkı İdarə Heyətinin sədri Anar Həsənovdur. O, 2020-ci ildən etibarən “YeloBank”-a sədrlik edir. Həsənov bu vəzifədən öncə, 2018-2020-ci illər arasında “AccessBank”ın İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib.

 

“YeloBank”ın digər rəhbər şəxsləri arasında İdarə Heyəti sədrinin müavinləri olaraq Emil Duşdurov, Günay Cəlilova və Elşən Pirmalıyev yer alır. Bankın Müşahidə Şurasına isə Marina Kulişova sədrlik edir.

 

Anar Həsənovun həyat yoldaşı Milli Məclisin deputatı Sevinc Fətəliyevadır.

1994-cü ildən fəaliyyət göstərən Yelo Bank ilk olaraq “Ülpər” kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək “Nikoil Bank” adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan “YeloBank” adına rebrending edilib.

 

Qeyd edək ki, “Yelo Bank”ın əsas səhmdarları Rusiya vətəndaşları Vahid Ələkbərov və Marina Kulişovadır. (Ajans.az)

Tacxeber.com

Oxşar xəbərlər