• 21 Noyabr 2024 22:50

“Bitcoin” 10 aydan sonra yeni rekord həddə çatdı

Lider kriptovalyuta Bitcoin mart ayından sonra yenidən rekord səviyyəyə yüksəlib.

 

“Tramp ticarəti” olaraq adlandırılan Bitcoin, Trampın ABŞ prezident seçkilərində rəqibi Kamala Harris-dən öndə olması ilə çərşənbə günü Asiya bazar saatlarında 8 faizdən çox artaraq 74,000 dolları keçib.

 

Donald Tramp kritik ştatlardan ikisində seçkini qazanarkən, digər ştatlarda nəticələr hələ bəlli deyil. Nəticələr hələ dəqiqləşməsə də, mövcud göstəricilər və gözləntilər Bitcoin-in bütün zamanların rekordunu qırmasına səbəb olub.

 

Bitcoin-in bu yüksəlişinə altcoin-lər də qoşulub; Ethereum (ETH) 6,6 faiz artaraq 2,589 dollara çatıb.

Solana (SOL) 15,1 faiz, Dogecoin (DOGE) 25 faiz, XRP 4,9 faiz, Avalanche (AVAX) 13,3 faiz və Sui (SUI) 20 faiz artıb.

 

Donald Tramp prezident seçki kampaniyasında Bitcoin və kriptovalyutalara dəstəyini ön plana çıxararaq, ABŞ hökumətinin əlindəki BTC-ni satmağa icazə verməyəcəyini bildirib və ölkəni Bitcoin super gücünə çevirməyi vurğulayıb.

 

Tramp mitinqlərində dəfələrlə Bitcoin və kriptovalyutalar haqqında danışaraq, “Bitcoin-lərinizi heç vaxt satmayın,” deyə çağırış edib.

Qeyd edək ki, Tramp, kriptovalyutalara qarşı mənfi mövqeyi ilə tanınan cari SEC sədri Qari Gensler-i vəzifəyə gəldikdən sonra işdən çıxaracağını da bildirib.

Bitcoin bu məlumatın yazıldığı anda 74,700 dollardan ticarət olunur. (Valyuta)

Tacxeber.com

Oxşar xəbərlər