Uşaq doğmamaq və siqaret çəkmək xərçəng yarada bilər – Xəbərdarlıq
Bütün dünyada hər il 1.5 milyon qadın ginekoloji xərçəng növləri ilə qarşılaşır.
Tacxeber.com“Haber7”yə istinadla xəbər verir ki, türkiyəli ginekoloji onkologiya cərrahiyyə mütəxəssisi Dos. Dr. Engin Çelik ginekoloji xərçənglərin qarşısını almaq üçün erkən diaqnozun əhəmiyyətini vurğulayıb.
“Qadınların heç bir şikayəti olmasa belə, 21 yaşdan başlayaraq mütəmadi olaraq müayinələrdən keçməyə diqqət yetirməlidirlər. Bundan əlavə, nizamsız menstrual qanaxma, klimaksdan sonra qanaxma, cinsi əlaqə zamanı ağrı kimi şikayətlər zamanı həkimə müraciət edilməlidir. Çünki nəzərə alınmayan simptomlar xərçəngin mühüm siqnalı ola bilər”
Ginekologiya üzrə mütəxəssis, xərçənglərin 95%-ni əhatə edən 3 riskli ginekoloji xərçəngin olduğunu bildirir.
Məlumata görə, HPV infeksiyası uşaqlıq boynu xərçənginə səbəb olur və virusun 90%-i orqanizmə yoluxduqdan sonra iki il ərzində immuniteti məhv edir.
Uşaqlıq boynu xərçənginin ən əhəmiyyətli əlamətləri aralıq menstrual qanaxma, vaginal axıntı, klimaks zamanı sancılar və qanamalar uşaqlıq boynu xərçənginin ən böyük xəbərçisidir.
Uşaqlıq boynu xərçəngi ən çox rast gəlinən 4-cü xərçəng növüdür.
Hər il təxminən 6600 qadın uşaqlıq yolu xərçənginə tutulur. bUna səbəb kimi isə qadınların dünyaya uşaq gətirməməsi və piylənmə göstərilir.
Uşaqlıq boynu xərçənginin əsl səbəbi isə uşaqlığın içindəki uşaqlıq qişasından qaynaqlanan, polikistik yumurtalıq sindromu, şəkərli diabet və irəli yaş kimi faktorlardır.