• 07 Noyabr 2024 03:47

Şəhid atası Leyla Şıxlinskaya Klinikasını məhkəməyə verdi –  Mənəvi zərər tələb edilir

2019-cu ildən Leyla Medical Center olaraq fəaliyyətini davam etdirən Leyla Şıxlinskaya Klinikası barəsində məhkəməyə şikayət verilib.

 

Tacxeber.com Qaynarinfo-ya istinadla xəbər verir ki, klinika barəsində Xətai Rayon Məhkəməsinə şikayəti Kazımov Mikayıl Rəşid oğlu edib.

 

M.Kazımov məhkəmədə “Leyla Medical Center” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Mənəvi zərərin ödənilməsi” üzrə iddia qaldırıb.

 

İşə hakim Aygün Həsənovanın sədrliyi ilə baxılacaq.

 

Mikayıl Kazımov şəhid atasıdır. Oğlu Kamal I Qarabağ müharibəsində şəhid olub. Onun digər övladı Vüsal Kazımov xəstəlikdən vəfat edib.

 

Şəhid atası KİV-də iddia edib ki, dünyasını dəyişən oğlu müalicəsi üçün professor Kənan Yusifzadənin yanına – Leyla Medical Centerə aparıb və vəziyyəti pisləşdiyindən reanimasiyaya yerləşdirilib. 15 min manat xərci çıxsa da,  K.Yusifzadənin əməliyyatından iki ay sonra övladı dünyasını dəyişib. Şəhid atası iddia edib ki, övladı həkim səhlankarlığı nəticəsində ölüb.

 

Xatırladaq ki,  bu ilin avqust ayında  “American Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilərək, “Leyla Medical Center” MMC-yə qoşulub. “Leyla Medical Center” MMC-nin qanuni təmsilçisi Vahabov Elnur Ramizoviçdir.

Tacxeber.com

Oxşar xəbərlər