• 03 Dekabr 2024 23:16

Kompüterin şüasından qoruyan eynəklər yuxuya təsir edir

Yəni…xeyirlidir, yoxsa ziyan?

komputerin-suasindan-qoruyan-eynekler-yuxuya-tesir-edir

“Kompüter eynəkləri mavi işığı udan və qadcetlərlə daha uzun müddət işləməyə imkan verən xüsusi örtüyə malikdir”.

 

Tacxeber.com bildirir ki, bunu oftalmoloq Daria Barışnikova “Beşinci” kanala açıqlamasında deyib. Onun sözlərinə görə, bu eynəklər yuxu problemlərinin də qarşısını alır. Yəni, eynəklər sözügedən radiasiyadan təsirlənən sirkadiyalı ritmləri qoruyur.

 

“Kompüter eynəkləri azacıq bizə kömək edir. Onlar sirkadiyalı ritmlərin pozulmasının qarşısını alırlar. Bu eynəklərlə işləyən insanlar, xüsusən də saatlarla işləsələr belə, yuxu ilə bağlı problemləri qalmır. Üstəlik, işıqdan əlavə qorunmadır ki, bu da monitorla daha uzun müddət işləməyinizə kömək edir”, – deyə həkim izah edib.

 

Oftalmoloq qeyd edib ki, mavi işığın şüalanması yuxu hormonu olan melatoninin istehsalına təsir göstərir. Buna görə də yuxusuzluq və yuxuya getmə ilə bağlı digər problemlər yarana bilər. Bundan əlavə, kompüterdə işləmək tez-tez gözlərdə quruluq, yanma və qum hissi yaradır. Bu eynəklər isə sadalanan problemlərin qarşısına keçir.

Tacxeber.com

Oxşar xəbərlər