Rusiyanın Xəzərdə 3 gəmisi vuruldu – Sensasion iddia
Noyabrın 6-da Ukraynanın “Aeroprakt” şirkətinə məxsus A-22 PUA-ları Rusiyanın Xəzər donanmasına zərbə endirib.
Bu barədə “Forbes”in analitiki Devid Eks ukraynalı məmurlara istinadla məlumat yayıb.
İddiaya görə, hücum nəticəsində 3 gəmi, xüsusilə də donanmanın ən böyük gəmisi olan “Hepard” sinifli iki freqat, kiçik “Buyan” korveti zədələnib.
Onun sözlərinə görə, vurulmuş gəmilər Xəzər donanmasının üçdə birini təşkil edir. Analitik bildirib ki, bu, A-22 PUA-larının ən uzaq zərbələrindən biridir.