• 17 Noyabr 2024 01:53

Alimlərdən xəbərdarlıq: Günəş aktivliyinin pik həddinə çatır

 

Günəş aktivliyinin pik həddinə çatır, bunu kosmosdan optik fotogörüntülər sübut edir.

 

Tacxeber.com-ın KP.ru-ya istinadən xəbərinə görə, Rusiya Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyasının alimləri bu qənaətə gəliblər.

 

“Son iki həftədə yaranan günəş ləkələri qrupları Günəşin ekvatoru yaxınlığında əmələ gəlir ki, bu da Günəş aktivliyinin Günəş siklinin yüksək nöqtəsinə yaxın olduğunu göstərən əsas əlamətlərdən biridir”, – deyə qurumun açıqlamasında bildirilib.

 

Alimlərin fikrincə, siklin əvvəlində günəş ləkələri qrupları və güclü günəş partlayışlarının əmələ gəldiyi yerlər ekvatordan 30-45 dərəcə şimal və cənub enliklərində cəmləşir, sonra isə aşağı enliklərə keçir.

 

“Partlayışların sayının ümumi artımı, eləcə də Günəşin fon radiasiyasının güclü şəkildə artması ilə birlikdə, çox güman ki, biz növbəti 2-3 ayda baş verə biləcək siklin pik nöqtəsini görürük və ya bu indi də baş verə bilər”, – deyə ekspertlər vurğulayıblar.

Tacxeber.com

Oxşar xəbərlər