Ətin qiyməti ilə bağlı AÇIQLAMA – “Həddindən çox…”
Elçin Rəşidov: “Həddindən çox taxıl istehsalı ətçiliyə mane olur”
“Azərbaycanda istehlak olunan ətin təxminən 5-də 4-ü daxildə istehsal olunur, digər hissəsi isə başqa ölkələrdən ixrac olunur. Ölkə daxilində ətin qiyməti dünya bazarı ilə tənzimlənir. Hazırda dünya bazarında ətin qiymətində oynamalar müşahidə olunur Onların təsiri Azərbaycandan da ötüşməyib”.
Tacxeber.com xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında iqtisadçı ekspert Elçin Rəşidov deyib. Onun sözlərinə görə, istehsal 15 faiz artsa və ya 30 faiz azalsa, bu ölkə daxilində ətin qiymətinə təsir etməyəcək. Ətin qiyməti dünya bazarında formalaşır və bu Azərbaycanda ətin qiymətinə təsir edir.