Sığorta şirkətləri icbari maşın sığortasını azı 7 cür əmsalla hesablayır… Nə əsasla?..
İcbari avtomobil sığortasının diferensiallaşdırılması müştəri məmnunluğuna xidmət etməlidir
Bu günlərdə redaksiyamıza avtomobilin icbari sığortalanmasına dair oxucu müraciəti daxil olub. Müraciət müəllifi bildirir ki, sonuncu dəfə avtomobilini sığortalayanda sənədlərdə qeyd edilən əmsallar və qiymət onu təəccübləndirib.
Oxucu yazir ki, sənəddə avtonəqliyyat vasitəsini növünə, sığortalananın sürüculük təcrübəsi və yaşına, avtonəqliyyat vasitəsinin daha çox istifadə edildiyi əraziyə, avtonəqliyyat vasitəsinin istismar müddətinə, avtonəqliyyat vasitəsini idarəetmə hüququ olan şəxslərin sayına, avtonəqliyyat vasitəsi sahibi və ya mülkiyyətçisinin hüquqi və ya fiziki şəxs olmasına görə əmsallar var: “Sığortanın baza məbləği 50 manat olsa da, yuxarıda sadaladığımız əmsallar real sığorta məbləğini 139,47 manata qədər bahalaşdırıb”.
Bir neçə il əvvəl Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortalanması sadə paket şəklində həyata keçirilirdi. Sığorta modeli yalnız avtomobil növü, istisnar müddəti və mühərrikin həcminə əsaslanırdı. Ölkədə qanunvericilik bazasının təkmilləşdirilməsi və qabaqcıl ölkələrin təcrübəsindən yararlanma nəticəcində sığorta sistemində diferensiallaşdırılma, yəni fərdiləşdirmə həyata keçirilib. Başqa sözlə desək, sığorta sistemində sığortalanan fərdlərin sığorta hadisəsi törətmə ehtimalına uyğun olaraq sığorta qiymətlərini müəyyənləşdirmək məqsədi ilə fərdiləşmə aparılib. Bunun üçün sığorta olunan avtomobilləri müxtəlif parametrlərə görə qruplara böldülər və sığorta paketlərini həmin qruplara uyğun qiymətləndirməyə başladılar. Əslində bu fərdiləşmə sığorta olunanların xeyrinə işləməlidir. Məsələn, bu sistemi ilk tətbiq edən alman sığorta şirkətləri müşahidələr zamanı görürlər ki, 18-25 yas arası və 60-dan çox yaşı olan sürücülər daha çox sığorta hadisəsi törədir, amma 25-60 yaş arası sürücülər bir neçə dəfə daha az sığorta hadisəsi – yol-nəqliyyat qəzası törədir. Ona görə də şirkətlər bu yaş qruplarını əmsallaşdıraraq, az sığorta hadisəsi törədənlərdən az, daha çox sığorta hadisəsi törədən yaş qrupundan isə daha çox sığırta haqqı almağa başlayir. Digər əmsallar da bunun kimi maraqlı izahlara bağlıdır.
Məsələn, Bakı şəhərində istifadə edilən avtomobilin yol-nəqliyyat hadisəsi törətmək ehtimalı nəqliyyat sıxlığına görə daha çox, amma İmişlidə nəqliyyat sıxlığı daha az olduğundan, orada qəza ehtimalı daha azdır. Ona görə də sığorta şirkəti həmin əmsalla Bakıda istifadə edilən avtomobili daha baha, İmişlidəki avtomobili isə daha ucuz sığortalayır.
Bu kriteriyalar ölkələr və regionlar üzrə xüsusiyyətlərə, psixologiyaya və adət-ənənələrə görə dəyişə də bilir. Məsələn, Almaniyada dağlıq ərazilərdə istifadə edilən avtomobillər daha yüksək əmsallarla – daha baha sığortalanır. Çünki dağlıq ərazilərdə qəza daha çox baş verir. Almaniyanın böyük səhərlərində isə qəzalar nadir hallarda bas verdiyindən orada avtomobil sıgortası daha ucuzdur.
Məsələn, bir avtonəqliyyat vasitəsinin idarəetmə hüququ bir necə sürücüyə verilibsə, deməli avtomobil daha intensiv idarə edilir və onun qəza törətmək ehtimalı daha yüksəlir. Ona görə də həmin avtomobil üçün sığorta bir nəfərin idarə etdiyi maşına nisbətən daha yüksək əmsallarla hesablanır. Ona görə də boş yerə başqa şəxslərə idarəetmə hüququnun verilməsinə ehtiyac yoxdur, bu sizin xərclərinizi artiracaq.
Avtomobilin istismar müddətinin sığorta qiymətlərinə təsiri də yəqin ki, aydındır – yeni avtomobillərə nisbətən köhnə avtomobillərdə hərəkət zamanı problem yaranması, bundan da dolayı qəza torətmə ehtimalı böyükdur. Bu səbəbdən də uyğun əmsala görə, köhnə avtomobillərin sığortası təzələrə nisbətən daha baha başa gəlir.
Sığorta şirkətləri bu əmsallaşdırma modelini ona görə tətbiq edir ki, sığortaolunanlar arasında fərqlər yaratsın, onlar arasında ədalətli və optimal sığorta qiymətləri formalaşdira bilsin.