• 22 Dekabr 2024 10:18

Azərbaycan və Türkiyə arasında həkim mübadiləsi aparılacaq

Azərbaycan və Türkiyə arasında həkim mübadiləsi aparılacaq

Azərbaycan və Türkiyə arasında həkim mübadiləsi aparılacaq

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və “Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyi” qeyri-hökumət təşkilatı arasında Niyyət Bəyannaməsi imzalanıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Niyyət Bəyannaməsini TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyinin rəhbəri Dinçer Yıldızdaş imzalayıblar.

Niyyət Bəyannaməsi tərəflər arasında bilik və təcrübə mübadiləsi, idarəetmə heyəti, mütəxəssis-həkimlərin və digər səhiyyə işçilərinin mübadiləsinə dəstək, səhiyyə işçilərinin qısamüddətli təlimlərə cəlb olunaraq bilik səviyyələrinin artırılmasının təşkil olunması, birgə əməkdaşlıq layihələrinin hazırlanması, müvafiq səhiyyə müəssisələri arasında əməkdaşlığın təmin edilməsinə dəstək, qarşılıqlı elmi-tədqiqat işlərinin aparılması üçün mühitin yaradılmasını və s. müəyyən edir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov imzalanan Niyyət Bəyannaməsi çərçivəsində təşkil ediləcək konqres, konfrans, simpozium və s. kimi tədbirlərin uşaq xəstəlikləri üzrə təcrübə mübadiləsinin aparılmasında səmərəli nəticələr verəcəyini qeyd edib.

O, kritik vəziyyətdə olan uşaqlara anında tibbi müdaxilənin vacibliyini vurğulayıb: “Məqsədimiz təcili tibbi müdaxilə tələb edən bütün uşaqların ölkəmizdə ən keyfiyyətli müalicə almasını təmin etməklə uşaq ölümlərinin azaldılmasına töhfə verməkdir”.

Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyinin rəhbəri Dinçer Yıldızdaş qarşılıqlı Fəaliyyət Planının hazırlanacağını bildirib. O qeyd edib ki, əməkdaşlıq çərçivəsində hər iki tərəf maddi və texniki bazadan müştərək olaraq istifadə edə bilər.

Məlumat üçün bildirək ki, Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyi 19 yanvar 1998-ci ildə “Təcili Pediatriya Assosiasiyası” olaraq yaradılıb.

Tacxeber.az

Oxşar xəbərlər