• 14 Noyabr 2024 07:25

“Makkabi”nin “Ayaks”la görüşündən sonra israilli azarkeşlər bıçaqlanıb

Amsterdamda Fələstin tərəfdarlarının hücumu nəticəsində ən azı 10 israilli yaralanıb.

Bu barədə “The Times of Israel” qəzeti İsrail Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb .
Bildirilib ki, israillilərin aldıqları xəsarətlərin təfərrüatı məlum deyil, çünki hazırda onlarla əlaqə yaratmaq mümkün deyil.
İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon “X” hesabında yazıb ki, Amsterdamda Avropa Liqası çərçivəsində yerli “Ayaks” və “Makkabi Tel-Əviv” arasında keçirilən futbol matçından sonra israilli azarkeşlər hücuma məruz qalıb.

İsrailin “Ynet” xəbər portalı xəbər verir ki, insident stadionun çıxışında baş verib. Ən azı beş azarkeş bıçaqlanıb, bəzilərini yoldan keçən avtomobil vurub. İsrailin baş naziri Benyamin Netanyahu Amsterdamdan israillilərin təxliyəsi barədə göstəriş verib. Xarici İşlər Nazirliyi Amsterdamda olan İsrail vətəndaşlarına otellərini tərk etməməyi tövsiyə edib.
İsrailin Milli Təhlükəsizlik Şurası cümə günü həmçinin Niderlandın “Ayaks” komandası ilə matçın sonunda “Makkabi” futbol azarkeşlərinə qarşı şiddətli hücumların başlamasından sonra Amsterdama səfər edən israilliləri otellərində sığınmağa çağırıb.

İsrail vətəndaşlarını evlərinə çatdırmaq üçün uçuşların sayını artırıb.
Qeyd edək ki, Avropa Liqası çərçivəsində yerli “Ayaks” və “Makkabi Tel-Əviv” arasında keçirilən futbol matçı meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər