• 24 Noyabr 2024 23:45

“Britaniya və Avropa qoşunları Ukraynada yerləşdirilə bilər” – “The Telegraph”

“İndiki cəbhə xətti dondurulacaq, Ukraynanın NATO-ya daxil olması 20 il ərzində təxirə salınacaq…”

 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoyulmasına dair bir neçə planı var və onun seçəcəyi variant, ehtimal ki, onun kabinet üzvlərindən asılı olacaq.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.

 

Məlumatda deyilir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın planı Ukraynada Avropa və Britaniya qoşunlarının yerləşdirilməsini nəzərdə tuta bilər. O cümlədən, bu qoşunlar hər iki tərəfin ordusunun arasında 1200 km-lik bufer zonaya yerləşdirilə bilər.

 

Nəşr yazır ki, bu, Trampın nəzərdən keçirdiyi planlardan biridir. Siyasətçinin qərargahının üç əməkdaşının fikrinə görə, indiki cəbhə xətti dondurulacaq, Kiyev isə NATO-ya daxil olmaq istəyinin 20 il ərzində təxirə salınmasına razlılıq verməlidir. Bunun müqabilində Ukrayna Moskvanı təkrar hücumdan çəkindirmək üçün ABŞ-dan çoxlu sayda silah əldə edəcək.

 

Eyni zamanda Birləşmiş Ştatlar yaradılacaq bufer zonada patrul xidmətinin aparılması və onun mühafizəsi üçün əsgərlər göndərməyəcək və bu missiyanı maliyyələşdirməyəcək.

 

Nəşr qeyd edir ki, Ukrayna Trampın müharibəyə son qoymaq planlarını dinləməyə hazır olduğunu anladıb, lakin Kremlin qələbəsi kimi görünən istənilən sövdələşməyə mane olacaq. Yeni seçilmiş prezidentin özü isə heç vaxt münaqişəni necə dayandıracağını müfəssəl izah etməyib.

 

ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Cey Di Vens sentyabr ayında güman edib ki, Rusiya “sülhün şərti” olaraq zəbt etdiyi əraziləri əldə edəcək. Bu zaman Ukraynanın qalan əraziləri müstəqil, suveren dövlət kimi qalacaq və təmas xəttində mövqeləri möhkəmləndiriləcək. Bundan başqa, rusiyalılar həm də Ukraynanın vəd edilən neytrallığını əldə edəcək.

 

Nəşrin məlumatına görə, Trampın köməkçiləri ona daha bir ideya təqdim edib. O cümlədən sülh danışıqlarına razı olmayacağı təqdirdə Ukraynaya yardımın azaldılması təklif edilib.

 

Kreml mümkün sülh planlarını hələlik şərh etməyib. Nəşrin yazdığına görə, hazırda Rusiyanın dərhal sülh bağlanılması üçün stimulları azdır, çünki işğalçılar cəbhədə stabil olaraq irəliləyir və Moskva əmindir ki, ən azı daha bir il də iqtisadi yüklənməyə tab gətirəcək.

 

Nəşr güman edir ki, Trampın seçəcəyi variant, ehtimal ki, onun kabinet üzvlərindən asılı olacaq. Belə ki, Trampın ilk prezidentliyi dönəmində Dövlət katibi olmuş və Pentaqona rəhbərlik edə biləcək Mayk Pompeo Co Bayden administrasiyasını Ukraynaya kifayət qədər yardım etməməkdə tənqid edib. O, ehtimal ki, Rusiya üçün sərfəli olan sazişi dəstəkləməyəcək.

Tacxeber.com

Oxşar xəbərlər