• 14 Noyabr 2024 09:09

Qara dərili uşaq dünyaya gətirən qadın boşanma həddinə çatıb

“Mən axı Afrikada olmamışam…”

 

Gənc Çinli qadın üçün həyatının ən xoşbəxt günü ərinin yeni doğulan körpənin dərisinin şübhə doğuran tünd rəngdə olması səbəbindən atalıq testindən keçməyi xahiş etdikdən sonra dəhşətə çevrilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Oddity Central” nəşri yazıb.

 

Şanxaydan olan 30 yaşlı qadın Qeysəriyyə kəsiyi yolu ilə tünd dərili körpə dünyaya gətirdikdən sonra öz nikahını var gücü ilə xilas etməyə cəhd edib.

 

Qadın sosial şəbəkələrə müraciət edərək öz kədərli tarixçəsini danışıb və başqa analardan bu vəziyyətin öhdəsindən necə gəlməyi xahiş edib.

 

O, iddia edib ki, doğuşdan sonra onun əri ilk dəfə oğlunu görəndən sonra ona çaşqın gözlərilə baxaraq əllərinə götürməkdən imtina edib.

 

Qadın etiraf edib ki, ona da körpənin dərisinin tünd olduğu qəribə gəlib, körpəni əllərində saxlayanda təşviş hissi keçirib, “heç vaxt Afrikada olmadığını və bir nəfər də tünd dərili tanışının olmadığını” izah etmək zərurəti hiss edib.

 

Qadının əri nəinki hər hansı sevinc hissi keçirməyib və ya körpəyə maraq göstərməyib, həm də körpənin ona məxsus olduğunu sübut etmək üçün atalıq testi keçməyi xahiş edib.

 

Ərinin atalığını sübut edəcəyinə əmin olan qadın buna razılıq verib, çünki özünü əri tərəfindən təhqir olunmuş hiss edib və deyib ki, onların arasında etimad sarsılıb.

 

Bu arada isə sosial şəbəkələr istifadəçiləri körpənin dərisinin tünd olmasının tamamilə normal olduğunu qadına inandırmaq istəyib.

 

“Bu hal yenidoğulmuş körpələrdə təbii olaraq baş verə bilər, çünki dəri toxuması nazikdir, qan dövranı pisdir, – bunu ekspertlərdən biri deyib. – Bu, çox geniş yayılmış haldır, tünd-qırmızı dəri zamanla ağ rəng alır”.

 

Bəziləri kişinin münasibəti və onun gənc anaya etimadsızlığından daha çox məyus olub, qadına atalıq testinin nəticələri bəlli olduqdan sonra əri ilə uzun və hərtərəfli söhbət aparmağı məsləhət görüb.

Tacxeber.com

Oxşar xəbərlər