• 23 Noyabr 2024 08:15

ABŞ-da 9 bal zəlzələ, 30 metrlik sunami proqnozu

Seysmoloqlar ABŞ hakimiyyətinə 9 bal gücündə zəlzələ və 30 metr hündürlüyündə mümkün sunami barədə xəbərdarlıq ediblər.

 

Bu barədə “Deyli Meyl” qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, alimlər yüksək dəqiqlikli sualtı xəritəçəkmə üsulundan istifadə edərək həyəcanverici işarələr aşkar ediblər.

Şimali Amerika sahillərini təhdid edən fəlakət Kanadanın cənubundan Kaliforniyanın şimal hissəsinə qədər əhatə edə bilər.

 

Araşdırmalara görə, yaxın illərdə ABŞ-ı misli görünməmiş güclü kataklizmlər, xüsusən də 30 metrlik sunami və 9 ballıq zəlzələ vura bilər ki, bunun da nəticəsində seysmoloqların fikrincə, bir sıra ştatlar suyun altında qalacaq. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər