• 22 Noyabr 2024 05:42

İran yeni raketi sınaqdan çıxarıb? – Keçmiş “Sepah” generalı: “Açıqlaya bilmərəm”

“Mən bu planın təfərrüatlarına açıqlaya bilmərəm, lakin çəkindirmə və təhlükəsizliyini təmin etmə üçün ölkəmiz hər cür silaha sahib olmalıdır”.

 

Tacxeber.com Entekhab-a istinadla xəbər verir ki, bunu keçmiş “Sepah” generalı, İran parlamentinin üzvü İsmayıl Kousəri deyib.

 

O, İranın şimal-şərqindəki Şahrud kosmik mərkəzindən buraxılan raket barədə bundan artıq danışmaq istəməyib.

 

Noyabın 8-də fəzaya buraxılmış raketin qitələrarası olmasına dair iddialar var. Bəzi ekspertlər səmada görünmüş gur parıltını uçuş məsafəsi və çox yüksək sürətinə ilə seçilən hərbi texnkanın ilk sınağı kimi qiymətləndirib.

 

İsmayıl Kousəri bu iddialarla bağlı birbaşa cavabdan yayınaraq bildirib: “Müxtəlif testləri mümkün qədər tez keçirməyə çalışırıq. Məqsədlərimizə çatmağa çalışırıq, onlardan biri də raket məsələsidir”.

 

Xatırladaq ki, bundan əvvəl İran parlamentinin digər üzvü – Əhməd Naderi İranın mümkün qədər tez nüvə sınağı keçirməlisini təklif edib.

Tacxeber.com

Oxşar xəbərlər