• 24 Noyabr 2024 05:45

Günahsız halda 10 il həbs yatdı, indi 38 milyon dollar təzminat alacaq…

 

ABŞ-ın Missuri ştatında məhkəmə sığorta şirkətini, 10 il qanunsuz həbsdə qalan Rayan Ferqusona təzminat ödəməyə məcbur edib. ABŞ-nin Missuri ştatında məhkəmə “Traveler’s Insurance” sığorta şirkətini 10 il qanunsuz həbsdə saxlanmış Rayan Ferqusona təzminat ödəmək barədə qərar çıxarıb. Bu barədə “ABC 17” məlumat yayıb.

 

Ferquson, 1993-cü ildə Columbia Daily Tribune qəzetinin idman redaktorunun qətlində təqsirləndirilmişdi. Onun cəzası, sonradan yalan ifadə verdiyini etiraf edən dostunun ifadələrinə əsaslandırılmışdı. Yalnız 2013-cü ildə məhkəmə onun təqsirsizliyini təsdiqləyərək, müdafiə tərəfinin topladığı vacib sübutların prokurorluq tərəfindən gizlədildiyini ortaya çıxarıb.

Ferqusonun işinə baxan altı polis əməkdaşı, onun azadlığa buraxılmasından sonra sığorta şirkəti “Traveler’s Insurance”a qarşı iddia qaldırıb. Bu sığorta şirkəti, müdafiə xərclərini ödəməli idi. Məhkəmə prosesi bir neçə il davam edib: Ferguson ödəmələri tələb edirdi, şirkət isə mühakimə qərarından əvvəl müştərinin sığorta polisinin etibarsız olduğunu iddia edirdi. Nəticədə, Ferguson 38 milyon dollar təzminat alacaq.

Tacxeber.com

Oxşar xəbərlər