• 25 Noyabr 2024 06:53

Pezeşkiyanın azərbaycanlı fəallarla görüşü paniranistləri qəzəbləndirdi – VİDEO

Noyabrın 9-da İran prezidenti Məsud Pezeşkiyan öz iqamətgahında Güney Azərbaycan milli-mədəni fəallarının bir qrupu ilə görüşüb.

 

Tacxeber.com xəbər verir ki, görüşdə Güney Azərbaycanın sosial-iqtisadi, ekoloji və mədəni problemləri müzakirə olunub.

 

O cümlədən, Təbriz İstilik Elektrik Stansiyasının ətraf mühiti çirkləndirməsi, Urmiya gölünün vəziyyəti, bölgənin artan tələbatını ödəmək məqsədilə Təbrizdə ikinci neft emalı zavodunun qurulması, Təbriz-Zəncan avtomobil yolunun təmiri, regiona dövlət və özəl investisiyaların qoyuluşu, Təbrizdə Azərbaycan Musiqisi Konservatoriyasının yaradılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüş iştirakçılarından biri, tanınmış milli fəal Yunis Təbrizlinin yazdığına görə, bir saat davam edən görüşdə İrandakı etnosların problemlərinə diqqət yetirilməsi müzakirə edilən əsas məsələlər sırasında olub. Əlbəttə, bu ilin iyul ayında özünün türk və azərbaycanlı kimliyinə davamlı vurğu etməklə prezident seçilmiş Məsud Pezeşkiyanın öz proqramına uyğun olaraq Güney Azərbaycan təmsilçiləri ilə görüşüb regionun müxtəlif problemlərini müzakirə etməsindən təbii heç nə ola bilməz.

 

Lakin ölkədəki xəstə təfəkkürlü paniranist dairələr bu hadisəni hədsiz qəzəblə qarşılayıblar. Görüş barədə xəbər yayılan kimi, sosial şəbəkələrdə güneyli fəallar əleyhinə kin və nifrət dolu paylaşımlar baş alıb gedib. İran mediasının bəlli bir kəsimi də bu prosesə qoşulub.

 

Əsasən ziyalı insanlardan ibarət olan güneyli fəallar haqqında aşağılayıcı ifadələr işlədilməklə, onlar “pantürkist” və “separatçı” adlandırılıb və bir qrup azərbaycanlının prezident iqamətgahına ayaq basması az qala ölkənin təhlükəsizliyinə və ərazi bütövlüyünə qəsd kimi qələmə verilib. Noyabrın 10-da “Fəraz” internet qəzetinin yaydığı “Qurd balalarını prezident administrasiyasına kim buraxıb?” başlıqlı videosüjet bu yanaşmanı bütün eybəcərliyi ilə ortaya qoyub.

 

Fars şovinizminin mənfur simasının bir daha göründüyü bu kampaniyada ölkə prezidenti Məsud Pezeşkiyanın ünvanına da müxtəlif ittihamlar, sərt tənqidlər, hətta təhqirlər səsləndirilib.

 

Ətraflı “Azad İran”ın süjetində:

 

 

Oxşar xəbərlər