Yazıçı-publisist Xeyrəddin Qoca:“Prezident Administrasiyasında sosial verilişlərlə əlaqədar söhbət oldu, tapşırıqlar verildi, nə dəyişdi?
Əvvəla, heç nə dəyişmədi, dəyişməyəcək! Niyə? Çünki səviyyə budur! Həmin televiziyaların rəhbərlərinin də səviyyələri odur! Yenə Zaur Baxşəliyev uzun-uzadı qaqqıldayır, həyat yoldaşına da əlavə bir veriliş tapşırıblar, şit, bayağı hərəkətlərlə, gülüşlərlə efir doldurur! Aparıcılar ekranları lağ-lağı yerinə çeviriblər, danışıqlarda savadsızlıq, məntiqsizlik baş alıb gedir!
Sosial verilişlərin hamısı bu gündədir. Bizdə sosial verilişlər əttökəndir, bayağıdır, çoxu da uydurma, boğazdan yuxarı, qeyri-səmimi danışıqlar toplusudur! Artıq söhbətin, tapşırığın, yazmağın, deməyin təsiri yoxdur, ciddi tədbirlər görülməsinin vaxtıdır!
Televiziya efirləri evlənmək, ərə getmək məkanı deyil! Mavi ekranlarda savadsızlar, cahillər danışmalı deyillər! Mavi ekran bəzi qadınların baldırlarını, bədən quruluşunu nümayiş etdirmək yeri də deyil! Bir sözlə, biabırçılıqlara son qoyulmur ki, qoyulmur!”