Lalə Azərtaş adının qumar oyununda hallanmasından danışdı
Aparıcı Lalə Azərtaş səsi süni intellektdən istifadə titkokda qumar oyununda istifadə edilib.
Tacxeber.com Axşam.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı “Təsir dairəsi” verilişində danışıb. O, adından 90 min manatlıq oyun oynanıldıöını bildirib:
“Bilirsiniz ki, süni intellekt dönəmidir. Səsimizə bənzər səslərdən istidadə edərək onu yaya bilirlər. Siz nə düşünürsünüz? Mən qumar oyununu təbliğ edəcək adamam? Məni tanıyan buna getməməlidir onsuz. Amma bu gün sayca 20 ya 30-cu qadın bizim təhlükəsizlik xidmətinə yaxınlaşıb. Azmış kimi əlində də bir torba gətirib və deyir ki, “Lalə xanıma çatdırın, udacağım pulu bunun içə qoysun”.
Bilmirəm söhbət nədən gedir Tiktokda efirdən olan görüntülərim mənim səsimə bənzər səslə paylaşılıb. 90 min manatlıq hansısa bir oyunun oynanıldığı deyilir. Adımdan sizdən nələrisə etmək istənilir. Mənim ağzımdan çıxan sözə Xəzər Tv-də inana bilərsiniz. Burada mənim yerimə süni intellekt danışa bilmir. Siz mənə bu sualı verəndə belə bilməlisiniz ki, cavabı verən mənəm. Orada bilinir ki, mənim səsim deyil. Əməkdaşlarımız deyir ki, səsiniz bənzəyir. Texnologiya ilə səsimizi bənzətmək olar. Amma necə düşünürsünüz?