Bu ütülər yana bilər – Azərbaycanda da satılan brend məhsullarını geri çağırdı
İstehsalçı şirkət “Versuni” dünyaca məşhur “Philips” brendinin bəzi buxarlı ütü modellərini geri çağırıb.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb ütü qazanının qaynaq tikişlərində rast gəlinən istehsal qüsurudur.
Şirkətin elan etdiyi modellər PSG8XXX, PSG90XX və GC96XX seriyasındadır.
Bildirilib ki, bu xəta buxarın nəzarətsiz buraxılmasına, yanıqlara və s. xəsarətlərə səbəb ola bilər.