• 17 Noyabr 2024 20:32

Üç futbolçu millinin heyətindən uzaqlaşdırıldı

Üç futbolçu Azərbaycan millisinin heyətindən çıxarılıb.

 

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Cəzalı Elvin Cəfərquliyev, zədəli Rahil Məmmədovla yanaşı yarımmüdafiəçi Mustafa Əhmədzadə də UEFA Millətlər Liqasının VI turunda səfərdə İsveçlə matçda iştirak etməyəcək.

Əhmədzadə baş məşqçi Fernandu Santuşun qərarı ilə İsveçə aparılmayıb.

 

Xatırladaq  ki, noyabrın 19-da “Strouberri Arena”da təşkil olunacaq İsveç – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Tacxeber.com

Oxşar xəbərlər