• 21 Noyabr 2024 21:41

“Günahkar axtarırsınızsa, bu məsuliyyəti daşımağa hazıram” – Mahir Emreli

“Sabah güclü rəqibə qarşı oynayacağıq. Bizi çətin qarşılaşma gözləyir”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının 6-cı turunda sabah İsveçlə keçiriləcək səfər oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

 

“Nürnberq”də (Almaniya) son oyunlarda qol vuran 27 yaşlı futbolçu sabahkı matçda da bunun üçün çalışacağını bildirib: “Cüzi də olsa, şansımız var (C Liqasında qalmağı nəzərdə tutur – red.). Rəqib bizə yaxşı məlumdur. Uğurlu nəticə qazanmaq istəyirik. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Amma qoldan daha önəmli olan qələbə qazanmaqdır. Qolu kimin vurmasından asılı olmayaraq, əsas yığmanın uğurlu nəticə qazanmasıdır. Sabah mən də qol vurmaq istəyirəm. Klubumda son oyunlarda start heyətdə meydana çıxıram. Məşqçim də mənə güvənir. Hazırda özümü yaxşı hiss edirəm. İnanıram ki, sabah hücumda komandama kömək edə biləcəm”.

 

Slovakiya ilə oyunda qırmızı vərəqə alan və buna görə də Estoniya ilə son matçda komandasına kömək edə bilməyən hücumçu bu barədə sualı da cavablandırıb. O, Qəbələdə Estoniya ilə keçirilən matçda (0:0) millimizin lazım olan qələbəni qazana bilməməsində özünü də günahkar hiss etdiyini deyib: “Son zamanlar bizim oyunumuz yaxşılaşıb. Bu turnirdə də bunu görmək olar.

 

Hər şeyə baxmayaraq, nəticə yoxdur. Slovakiya ilə səfər matçını çıxmaq şərtilə digər görüşlərdə yaxşı oynamışıq. Statistikaya baxmaq lazımdır. Bəlkə də ən çox hücum etdiyimiz seçmə mərhələdir. Günahkar axtarırsınızsa, mən onun məsuliyyətini daşımağa hazıram. Təbii ki, Estoniya ilə matçda komadama kömək etmək istəyirdim. Çalışacam ki, sabah bunu unutdurum”.

 

Qeyd edək ki, sabah Solnadakı “Strouberri Arena”da keçiriləcək İsveç – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Tacxeber.com

Oxşar xəbərlər