• 20 Noyabr 2024 21:35

Dünyanın sonu gəlir? – Qurani-Kərimdə yazılan qiyamət əlamətləri

Dünyanın sonu gəlir? – Qurani-Kərimdə yazılan qiyamət əlamətləri

Qiyamət günü və onun əlamətləri Qurani-Kərimdə və hədislərdə zikr edilib. Quranda qiyamətlə birbaşa əlaqəli bəzi əlamətlər bildirilib, eyni zamanda hədislərdə qiyamətin bir çox əlaməti ətraflı şəkildə açıqlanır.

 

Quranda keçən əlamətlər, ümumiyyətlə, iki qrupa bölünür, bunlara kiçik əlamətlər və böyük əlamətlər deyilir.

 

1. “Yer o şiddətli zəlzələ ilə sarsıldığı zaman…” (“Zilzəl” surəsi, 1)

“Dağlar isə didilmiş yun kimi olacaq”. (“Qariə” surəsi, 5)

2. “Göy yarılacağı zaman…” (“İnşiqaq” surəsi, 1)

“Ulduzlar düşdüyü zaman…” (“Təkvir” surəsi, 2).

3. “Dənizlər qaynadığı zaman…” (“Təkvir” surəsi, 6)

4. “O gün hər bir insanın özünə baxması üçün kifayət qədər şey olacaq”. (“Əbəsə” surəsi, 37)

5. “Sur üfürüləcəyi gün Allahın istədiyi kimsələrdən başqa, göylərdə və yerdə olanların hamısı huşunu itirib yıxılacaq”. (“Zumər” surəsi, 68)

HƏDİSDƏ KEÇƏN QİYAMƏT ƏLAMƏTLƏRİ

İslam dinində rəhbər və məlumatlandırıcı müqəddəs kitab olan Qurani-Kərimdə kiçik işarələrə tez-tez toxunulur. Hətta, hədislərdə qeyd olunan bəzi əlamətlər bu gün də gerçəkləşmiş ola bilər.

QİYAMƏTİN KİÇİK ƏLAMƏTLƏRİ:

Quranda bəhs edilən qiyamətin kiçik əlamətləri bunlardır;

Peyğəmbərimizin (s) göndərilməsi.

Zina, faiz və haram işlərin yayılması.

Güvən itkisi və etibarın itirilməsi.

Haqsızlığın və qəddarlığın artması.

Böyük tikililərin çoxalması və nümayişkaranəliyin artması.

Öz malları ilə öyünən insanların çoxalması.

Artan ixtilaf, artan müharibə və qarışıqlıq.

Üləmanın azalması və nadanlığın artması.

QİYAMƏTİN BÖYÜK ƏLAMƏTLƏRİ (HƏLƏ GERÇƏKLƏŞMƏYƏNLƏR):

1- Hz.Mehdinin gəlişi

Hz.Mehdinin zühur edəcəyi, ədalətin və İslamın yenidən hakim olacağı xəbər verilmişdir.

2- Dəccalın ortaya çıxması

Dəccalın insanları ixtilaflara sürükləyəcəyi bildirilmişdir.

3- Dəbbətül-ərzin çıxışı

Yerdən bir canlının çıxacağı və insanlara Allahın ayələrini xatırladacağı bildirilir.

4- Günəşin qərbdən doğması

Bu hadisə tövbə qapılarının bağlanacağı bir dövrə işarə edir.

5- Yəcuc və Məcucun ortaya çıxması

Onlar insanlıq üçün böyük ixtilaf və xaos yaradacaqlar.

6- Üç böyük torpaq çökməsi (Ərəbistan yarımadasının şərqində və qərbində)

Yer üzündə baş verəcək böyük dəyişiklikləri göstərir.

7- Tüstü, duman əlaməti

İnsanların üzərinə enəcək tüstünün olacağı bildirilir.

8- Hz. İsanın yenidən Yerə enişi

İslama və ədalətə kömək üçün gələcəyi bildirilir.

9- Surun ikinci dəfə üfürülməsi

Bu, dirilmənin başlanğıcını təmsil edir.

“Səndən qiyamətin nə vaxt qopacağını soruşurlar. De: “Onun elmi ancaq Rəbbimin yanındadır”. (Əraf surəsi, 187)

Tacxeber.com

Oxşar xəbərlər