Kosovo millisinə texniki məğlubiyyət verildi
Millətlər Liqasının 5-ci turu çərçivəsində yarımçıq qalan Rumıniya – Kosovo matçı üçün qərar verilib.
Bu barədə UEFA Apellyasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qərara əsasən, Kosovo millisinə matçda texniki məğlubiyyət və 6 min avro cərimə verilib. Rumıniya yığması isə 128 min avro cərimələnib və növbəti ev matçını da tamaşaçısız keçirəcək.