• 21 Noyabr 2024 21:59

Rusiya ilə dəfə olaraq Ukraynaya qitələrarası ballistik raketlə zərbə endirib.

 

Adi başlıqlı RS-26 “Rubej” raketinin Dnepr vilayətindəki hansısa sənaye obyektini hədəf aldığı bildirilir. Nüvə başlığı daşımaq üçün nəzərdə tutulan bu tip çox bahalı raketi konvensional başlıqla tətbiq etməklə Putin nüvə zərbəsi endirə biləcəyi barədə Qərbə xəbərdarlıq siqnalı göndərir.

 

Dünən axşam isə Ukrayna Rusiya ordusunun Kursk vilayətindəki komanda məntəqəsini “Storm Shadow” raketləri ilə vurmuşdu.

 

Tərəflər Trampın gəlişinə hazırlaşır. Yanvarın 20-nə qədər eskalasiyanın dərəcəsinin daha da yüksəlməsi ehtimalı var.

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər