Deputat “20 yanvar”da ticarətin ləğvini əsaslı saydı: “Ehtiyac yoxdur”
“Metro stansiyalarında, keçidlərdə mağazaların fəaliyyət göstərməsini məqbul hesab etmirəm. Çünki hər gün metro ilə yüz minlərlə insan gediş-gəliş edir. Onların təhlükəsizliyinin təmin olunması, rahat hərəkətin nizamlanması həm məsuliyyət, həm də vətəndaşlıq borcu tələb edir. Buna görə də “20 Yanvar” metrostansiyasının keçidlərindən mağazaların, ticarət köşklərinin yığışdırılması məqsədəuyğundur”.