Mənzilləri ola-ola dövlətdən ev alan deputatlar…
Sentyabrda səlahiyyətləri başa çatmış VI çağırış (2000-2024-cü illər) Milli Məclisin bəzi deputatlarına mənzil verilib.
Modern.az saytının əldə etdiyi məlumatı deputatların özləri də təsdiqləyiblər. Lakin mənzil alan deputatlar təbrikləri qəbul etsələr də, bu mövzuda danışmağa həvəs göstərməyiblər.
Araşdırma zamanı bu məsələyə dair digər maraqlı məlumatlar da ortaya çıxıb. Məlum olub ki, VI çağırış Milli Məclisin bəzi deputatları mənzil almaq təklifindən imtina ediblər. Bunu onunla əsaslandırıblar ki, yaşayış şəraitləri kifayət qədər yaxşı olduğundan yeni mənzilə ehtiyacları yoxdur.
Amma mənzilləri olan bəzi deputatlar yeni evə də “yox” deyə bilməyib və bunun üçün məktub yazaraq, əlavə yaşayış sahəsinə sahibləniblər.
Beləliklə də yeni mənzil alanlar arasında həm evi olanlar, həm də buna ehtiyac duyanlar var.
Qeyd edək ki, Milli Məclisin əvvəlki çağırışlarında da deputatlara mənzillər verilib.
Xatırladaq ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əsasən, deputatlar mənzillə təmin oluna bilərlər.