• 24 Noyabr 2024 03:27

“Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir” – Zaxarova

Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

“Fransanın xarici işlər naziri Jan-Noel Barronun Rusiya ərazisinə uzaqmənzilli raketlərin atılmasına icazə verilməsi ilə bağlı açıqlamaları Ukraynaya dəstək deyil, onu məhv etmək xarakteri daşıyır”, – diplomat vurğulayıb.

 

Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro BBC-yə müsahibəsində bildirib ki, Parisin Rusiyaya qarşı uzaqmənzilli raket zərbələri “özünümüdafiə məntiqi ilə” həyata keçirilə bilər. Nazir Fransa qoşunlarının Ukraynaya göndərilməsini də istisna etməyib.

Tacxeber.com

Oxşar xəbərlər